Təbii daşların mənası 1
Təbii daşlar haqqında olan ikinci məqaləmlə qarşınızdayam. Bu yazımda sizlərə daşların mənaları ,
funksiyaları haqqında məlumat verəcəyəm. Beləki hər bir daşın öz xüsusi özəlliyi var. Bu özəlliklər sayəsində özünüzə uyğun daşı tapa bilərsiniz.
Ametist

Ametist daşı müsbət və mənfi enerjini tənzimlədiyi üçün meditasiya zamani istifadə olunan ən effektli daşdır. Daşın ən yaxşı xüsusiyyəti isə insana rahatlıq hissi verməsidir. Əsəbləşməyin qarşısını alaraq insanı neqativ enerjilərdən qoruyur. Yoqa ilə məşğul olan bir çox insan yoqa etdiyi məkandan və ya öz üzərindən Ametist daşını əksik etmir. Ruhsal gərginliyi aradan qaldıran bu daş özünü kəşf etməyi sevənlər üçün əvəzsiz seçimdir. Bu daşın tarixinə nəzər salsaq qədim zamanlarda daşdan qədəh düzəltmək üçün istifadə edildiyini öyrənərik. Beləki daşın mənası sərxoş etməyən deməkdir. Bu daşdan düzəldilən qədəhlərdə içilən içkinin insanı sərxoş etməməyi isə möcüzəvidir. Bir sözlə hər zaman gümrah olmaq istəyən, şən və əyləncəli insanlar üçün Ametist ən düzgün seçimdir.
Çəhrayı kvars
Çəhrayı kvars təbiətdə ən nadir tapılan kvars növüdür.Sevgi daşı olaraq tanınan bu daş içinizdə olan qısqanclıq duyğusunu azaltmağa kömək edir. Bu daşı istifadə etdikdə sanki həyata olan sevginiz artır. Sevgidən ibarət ruhsal rahatlıqla daha relaks bir insana çevrilməyinizə şərait yaradır. İstifadə edənlər daşın təsirini qısa müddətdə hiss edirlər. Çəhrayı kvarsın sevgi daşı olduğunu nəzərə alaraq qəlbimizdəki sevgi hissinin artdığını deyə bilərəm. Sevgidən ibarət bir insansınızsa bu daş tam da sizin üçündür. Lakin qismətinizin açılmağınıistəyirsinizsə yalnış ünvandasınız.
Pişik gözü daşı

Pişik gözü daşı
Pişik gözü daşı rəngərang çeşidlərilə ən göz oxşayan təbii daşlardandır. Bədnəzərə qarşı istifadə etməkçün əla seçimdir. İstifadə edən insana cəlbedici enerji verən bu daş diqqət mərkəzində olmağı sevənlər üçün əla seçimdir. Bu daş eyni zamanda karyerasında irəli getməyi hədəfləyənlər üçün əvəzsiz enerji mənbəyidir. Bir sözlə bu daş liderlərin daşıdır. Əgər siz də lider ruhlusunuzsa bu daşdan istifadə etməyə tələsin.
Yorumlar
Yorum Gönder