Təbii daşlar nəyə yarayır?

Təbii daşlar nəyə yarayır?

Azərbaycan saytlarında təbii daşlar haqqında çox az məlumat 
olduğundan bu mövzunu ələ almaq istədim. Beləki, təbii daşlar haqqında minlərlə mövzu var. Lakin ilk olaraq onların nə işə yaradıqlarını bilmək lazımdır. Təbii daşlar enerli mənbəyi olmaqla
həyatımıza böyük xeyir verə bilərlər. Misal, əsas mənbəyi Braziliya 
olan Ametist daşını istifadə etsək müsbət enerjimizin artdığını görə
bilərik. Təbii daşların hər birinin fərqli enerjisi var. Hər şeydən olduğu kimi onlardan da düzgün istifadə etmək lazımdır. Bundan ötrü funksiyalarını dəqiq bilməliyik. Misal, sevgi daşı olaraq bilinən çəhrayı kvarsı "qismətim açılar" deyə taxıb sonra heç bir işə yaramadı demək
məlumatsızlığın fəsadıdır. Bu vəziyyətin yaranmasına səbəb isə fırıldaqçı satıcılardır. Beləki elədə məlumatı olmayan alıcını axmaq vəədlərlə alladıb sırf məhsulunu satmaq üçün əl atdığları bu yöntəm insanlarda belə bir fikir formalaşdırır: Təbii daşlar heç nəyə yaramır. XEYR!  Bu belə deyil. Təbii daşlar enerji mənbələri olaraq sizə müsbət enerjini toplamaqda köməklik edir. Lakin sizə lazım olan daşı, onun xüsusiyyətlərini, xüsusi qulluq qaydalarını, proqramlaşdırma yollarını bilmək lazımdır. Azərbaycanda isə bunu oyrənə biləcəyiniz heç bir sayt yoxdur. Elə buna görə də bu məqaləni yazmaq qərarına gəldim. Növbəti məqalələrimdə təbii daşlar haqqında ətraflı məlumatları sizinlə bölüşəcəyəm. Hələlik!

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Təbii daşların enerjidən təmizlənməsi

Təbii daşların kodlasdırılması

Yoqa nədir?